Təhsil Nazirliyindən ADPU-nun tələbələrinə CAVAB

Təhsil Nazirliyindən ADPU-nun tələbələrinə CAVAB

Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetində bu gün tələbələrin keçirdiyi aksiyaya münasibət bildirib. SİA-ya açıqlama verən Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, Nazirliyin rəsmi mövqeyi belədir ki, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur: "Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi ilə bağlı hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə