ADPU rektoru tələbələrin qarşısına çıxdı

ADPU rektoru tələbələrin qarşısına çıxdı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov aksiya iştirakçılarının qarşısına çıxaraq tələbələrin etirazına münasibət bildirib. SİA –nın xəbərinə görə, o bildirib ki, hazırda imtahanların hansı formada keçirilməsi ilə bağlı müəyyənləşmiş qərar yoxdur: "Məsələ ilə bağlı qərar Təhsil Nazirliyi tərəfindən veriləcək. Sabahdan etibarən tələbələrlə görüşlər keçirəcəyəm və məsləhətləşmələr aparılacaq".

Rektorun çıxışından sonra aksiya yekunlaşıb.

Qeyd edək ki, ADPU tələbələri semestr imtahanlarının yazılı aparılması ilə əlaqədar etiraz aksiyası keçiriblər. Onlar imtahanların test üsulu ilə aparılmasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə