İsrail səfiri ADU-da

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. Qonağı salamlayan rektor onu yenidən ADU-da görməkdən məmnun olduğunu bildirib. Rektor, professor Səməd Seyidov ADU-da fəaliyyət göstərən İsrail mərkəzi haqqında danışıb və universitetdə İsrail dilinin, mədəniyyətinin tədris olunmasında bu mərkəzin rolunu xüsusi qeyd edib. O, Reginoşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İsrailşünaslıq ixtisasında 30 tələbənin təhsil aldığını qonağın diqqətinə çatdırıb. Rektor universitetin bir çox Avropa universitetləri ilə həyata keçirdiyi proqramlar və layihələr haqqında danışıb. O, bu layihələri İsrail universitetləri ilə həyata keçirməkdə xüsusi önəm verdiyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz bu görüşdən məmnun olduğunu dilə gətirib. O, İsrail mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Səfir İsrail universitetləri ilə tələbə mübadiləsinin aparılmasında maraqlı olduğunu vurğulayıb. O, universitetlərarası əlaqələrin inkişafında bunun xüsusi rol oynacağını bildirib.

Qeyd edək ki, görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi ilə əlaqəli müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə