Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

Təhsil Naziri cənub bölgəsinin sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 19 oktyabr 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə