Təhsil Nazirliyindən xüsusi şagirdlərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən xüsusi şagirdlərlə bağlı AÇIQLAMA

Azərbaycan üzrə xüsusi müəssisələrdə cəmi 2536 nəfər şagird təhsil alır. Təhsil Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin sistemində 4 xüsusi məktəb fəaliyyət göstərir. Onlardan 3-ü Bakı şəhərində, 1-i isə Gəncə şəhərindədir.

Məlumatda əqli qüsurlu şagirdlərin ümumtəhsil məktəblərindən xüsusi məktəblərə keçirilməsi məsələsinə də aydınlıq gətirilib: "Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı, səhiyyə işçiləri də fəaliyyət göstərir. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə