Təhsil Nazirliyi layihə müsabiqəsinə başlayır

Təhsil Nazirliyi layihə müsabiqəsinə başlayır

Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi üzrə yeni layihə müsabiqəyə başlayır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Təhsil Nazirinin nəmrinə əsasən təşkil olunacaq "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"ndə iştirak üçün layihələrin qəbulu elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə