Nazir: "Dövlət proqramının icrasının mütləq əksəriyyəti başa çatdırılıb"
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlərin mütləq əksəriyyəti başa çatdırılıb". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov belə deyib.
Onun sözlərinə görə, artıq 760-dan çox azərbaycanlı gənc dövlət proqramının iştirakçısı adını qazanıb: "Bu da ötən illə müqayisədə daha yüksək rəqəmdir. Bu il ilk dəfə olaraq hər bir iştirakçı ilə fərdi müsahibənin həyata keçirildiyini nəzərə alsaq yəqin ki, bu iş üçün lazım olan insan resursunun və işin təşkilini qiymətləndirmək olar. Builki prosesi çox uğurlu hesab edirəm. Belə ki, dövlət proqramı çərçivəsində çox sayda tələbə xaricdə təhsil alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB