"Real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq"

"Real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq"

"Azərbaycanda real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq". SİA xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı belə deyib.

O bildirib ki, ali təhsil müəssisələri real olaraq yaxşı keyfiyyətli təhsil verə bilirsə, onun kadrlarına hər zaman ehtiyac yaranacaq: "Ali məktəbi bitirib diplom alan hər bir məzun öz biliyini sübut etməlidir".

Ceyhun Bayramov xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmaması məsələsinə aydınlıq gətirərək qeyd edib ki, burada əsas gösatərici diplom deyil, güclü bilikdir: "Azərbaycanda nə qədər ki diplom önəmli olacaq, gənclərin işlə təminatı problemlərini aradan qaldıra bilməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə