Ceyhun Bayramov: "Savadı olmayan insanları təhsil sisteminə qəbul etməyəcəyik"

Ceyhun Bayramov: "Savadı olmayan insanları təhsil sisteminə qəbul etməyəcəyik"

"Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisasların dövrün tələblərinə cavab verməməsi məsələsi Təhsil Nazirliyi tərəfindən araşdırılacaq". SİA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsi sözügedən prosesə təkan verəcək.

Nazir müavini müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, vakant yerlərin qaldığını da deyib: "Cari ildə müsabiqədə iştirak edən 15 030 nəfərdən 1474 nəfəri işə qəbul olunub və nəticədə 3200-dən çox vakant yerlərdən 1800-ü qalıb. Təhsil Nazirliyi həmin yerləri vakant saxlayacaq. Savadı olmayan insanları təhsil sisteminə qəbul etməyəcəyik. Bununla bağlı müəllim hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə məktub göndərmişik. Xahiş etdik ki, onlar bütün tədris planlarını Təhsil Nazirliyinə və Təhsil Problemləri İnstitutuna təqdim etsinlər. Hazırda cavab gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə