"Gələn il Azərbaycanda peşə təhsilinə maraq bu ilkindən daha çox olacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, hazırda peşə təhsili sahəsinin canlandırılması üçün bir sıra layihələr həyata keçirilir: "Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyacın olduğunu düşünürəm. Bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə ildən-ilə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq, bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və təhsilin bu sahəsində hər hansı problemlərlə qarşılaşmırıq".
Uşaq evlərində böyüyən gənclərin təhsilinin davam etdirilməsi məsələsinə münasibət bildirən nazir deyib ki, qanunvericiliyə əsasən valideyn himayəsində olmayan uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir: "Gələcəkdə bu kimi tədris ocaqlarının məzunlarının sosial inteqrasiyası üçün tədbirlər davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB