Nazir iş dəftərlərinin məcburi satılmasını qınadı

Nazir iş dəftərlərinin məcburi satılmasını qınadı

"Azərbaycan Respublikasının bütün ərazisində təhsil haqqında qanuna əsasən təhsil müəssisələrinin fəaliyyəti eyni şəkildə həyata keçirilir və tənzimlənir". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bəzi rayonlarda icra hakimiyyətləri tərəfindən orta məktəblərə müdaxilələr olması və gələcəkdə orta məktəblərin birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə aydınlıq gətirərkən belə deyib.

Nazir həmçinin iş dəfətlərinin məcburi şəkildə valideyinlərə satılması məsələsinə də aydınlıq gətirib: "Orta mətkəbərlərdə şagirdlərə iş dəftərləri məcburi şəkildə satılırsa, o zaman valideynlər müvafiq hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunvericiliyə əsasən buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə biz buna qarşı mübarizə aparacayıq".

Nazir dərsliklərin paylanmasında olan gecikmələrlə bağlı danışarkən qeyd edib ki, bu, nazirliyinin nəzarətindədir. Mikayıl Cabbarov qeyd edib ki, nazirlik bu prosesə daimi olaraq nəzarət edir və müvafiq şöbələr- Bakı şəhər üzrə Təhsil İdarəsi, Rayon Təhsil Şöbələri ilə məsələ barədə əlaqə saxlanılır: "Bu problem həll olunub. Əgər valideynlərdə və jurnalistlərdə dərsliklərin paylanmasında problem olmağı ilə bağlı məlumat varsa, buna operativ reaksiya verməyə hazırıq. Bir milyon 200 mindən çox şagirdin dərsliyi Azərbaycan Respublikası tərəfindən pulsuz təmin olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə