18 nömrəli Bakı Peşə liseyində resurs mərkəzinin və tədris emalatxanasının açılışı olub
Bu gün 18 nömrəli Bakı Peşə liseyində "Dülgər, xarrat-parket ustası" ixtisası "BOSCH" Resurs Mərkəzinin, "Bərbər" ixtisası üzrı tədris emalatxanasının açılışı olub. SİA xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirliyinin konsulu İnnes Hofman, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xalədddin İsgəndorv və BOSCH" şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak ediblər.
Mikayıl Cabbarov tədbirdə çıxışı zamanı bildirib ki, peşə təhsilinin inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: "Birinci səbəb bundan ibarətdir ki, Azərbaycanın iqtisadiyyatına müasir peşəkarlar lazımdır: "Ölkənin inkişaf potensialı çox yüksəkdir. Bu da o deməkdir ki, biz müasir peşəkarlar hazırlamalı, onlara sənət öyrətməliyik. Həm Azərbaycanın daxili iqtisadi tələbləri üçün, həm də gələcəkdə regional əmək bazarlarının inkişafı üçün Azərbaycan peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün ən müasir və yeni texnologiyaları, bilikləri, təcrübələri Azərbaycanın peşəkarlıq sahəsinə gətirmək lazımdır. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkarların hazırlanmasına diqqət yetirir. Bu gün dünyada uğura nail olmuş və inkişaf etmiş ölkələrin əldə etdiyi əsas üstünlük məhz bilikdən, peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Bu məqsədləri nəzərə alaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, maddi-texniki bazanın gücləndilrilməsinə, təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına daim diqqət göstərir".
Sonra çıxış edən Almaniyanın Azərbaycandakı Səfirliyinin konsulu İnes Hofman da Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə peşəkar kadrlara ehtiyac olduğunu deyib: "Almaniya hökuməti də də hər zaman peşəkar kadrların hazırlanmasında Azərbaycana dəstək göstərməyə hazırdır".
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə qeyd edib ki, peşə liseyində yeni mərkəzlərin açılması gənclərin əlavə ixtisaslara yiyələnməsi üçün əlavə imkanlar yaradacaq.
Daha sonra təhsil naziri tədbir iştirakçıları ilə birlikdə Resurs Mərkəzinin açılışını edib və Mərkəzlə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB