"Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, təhsilin məzmunu, müəllimlərin peşəkarlıq keyfiyyəti, tədris olunan proqramlar, təhsil sisteminin idarə olunması kimi məsələlər nəzərdən keçirilir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, nazirlik bu məsələlərə kompleks şəkildə yanaşacaq: "Bütün bu məsələlər müvafiq Milli Təhsil Strategiyasında öz əksini tapıb. Gələcəkdə də bu məsələlərlə bağlı qərarlar tətbiq olunduğu təqdirdə, ictimaiyyət məlumatlandırılacaq".
Orta məktəblərdə çalışan müəllimlərin əməkhaqlarının artırılması məsələsinə də münasibət bildirən təhsil naziri qeyd edib ki, müəllimlərin əməkhaqlarının diferensiallaşdırılmış şəkildə ödəniş sisteminin tətbiqi nazirlik tərəfindən araşdırılır: "Biz bu gün də sözügedən sistemi tətbiq edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB