Təhsil naziri: "Qaydalar kifayət qədər şəffafdır"

Təhsil naziri: "Qaydalar kifayət qədər şəffafdır"

"Qaydalar sadəcə olaraq lazımı tədbirləri normal çərçivəyə salır". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov birinci sinfə gedən şagirdlərin orta məktəblərə qəbulu və şagirdlərin yerdəyişmə qaydalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nazirliyin bu qaydaları öncədən tətbiq etməkdə məqsədi birinci sinfə gedən hər bir şagirdin, onun valideyninin məsələ ilə bağlı prosedurlardan vaxtında məlumatlı olmasıdır: "Burada hansısa başqa bir məna yoxdur. Qaydalar kifayət qədər şəffafdır".

Bütün xəbərlər Facebook səhifəmizdə