Mikayıl Cabbarov 119 tələbə ilə görüşüb

Mikayıl Cabbarov 119 tələbə ilə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 119 tələbə ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb, azərbaycanlı gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə edib. Təhsil naziri bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Nazir Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barəsində müsbət qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə