ADU-da “Turizm və Su: gələcəyimizi qoruyaq” adlı tədbir keçirilib
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində 2013-cü ilin leytmotivi "Turizm və Su: gələcəyimizi qoruyaq" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, Ümumdünya Turizm günü münasibətilə keçirilən tədbir Kompleksin Əcnəbi Xalqlar Folklor Mərkəzinin müdiri Diana Hüseynzadənin təşkilatçılığı ilə baş tutub. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Beynəlxalq Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. "Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 6 aprel tarixli, 838 nömrəli Sərəncam imzalaması və 2011-ci ili Azərbaycanda "Turizm ili" elan etməsi də dövlətimizin bu sahənin inkişafına qayğısının daha bir təzahürü olub. Bunun nəticəsi olaraq zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir.
Dövlətin turizm sahəsində apardığı uğurlu siyasətin irəliləməsinə xidmət göstərən bu tədbirin məqsədi turizm və onun sosial, mədəni, siyasi və iqtisadi əhəmiyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq və insanları maarifləndirməkdən ibarət idi. Belə ki, turizm sahəsi ilə maraqlanan tələbələr BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramında qeyd olunan qlobal dəyişikliklər və bu məqsədlərə nail olmaq üçün turizm sektorunun verə biləcəyi töhfələrə dair məlumat almaq imkanı əldə ediblər.
Turizm həvəskarları, o cümlədən bu tədbirdə tanınmış jurnalist, 70-dən çox ölkədə səfərdə olmuş, macəra yazıçısı Azər Qəriblə görüşmək şansı qazanıblar. Yazıçı-jurnalist tədbirdə səyahətlərlə bağlı böyük təcrübəsini bölüşdü və praktiki məlumatlar verib. Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB