Qəbul prosesinə xərclənən vəsait açıqlandı

Qəbul prosesinə xərclənən vəsait açıqlandı

"2013/2014-cü tədris ili üzrə qəbul imtahanlarının keçirilməsinə 1 821 317 manat vəsait xərclənib". SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyib. O bildirib ki, bu vəsaitlə TQDK qəbul imtahanlarının keçirilməsi prosesinə imtahan rəhbərlərini və nəzarətçi müəllimləri cəlb edib: "Qəbul imtahanlarının keçirilməsində 50 min nəfər imtahan rəhbərləri və nəzarətçi müəllim iştirak edib. Qeyd olunan vəsaitin 1 213 000 manatı yalnız regionlarda keçirilən qəbul imtahanlarına sərf edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə