Təhsil naziri Mikayıl Cabbarovun 30 sentyabr 2013-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, dəyişikliyə əsasən, Mikayıl Cabbarov 19 oktyabr 2013-cü il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək 30 sentyabr 2013-cü il tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 19 oktyabr 2013-cü il tarixində qəbul ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB