Buraxılış imtahanlarındakı fənlərin sayı ARTIRILDI

Buraxılış imtahanlarındakı fənlərin sayı ARTIRILDI

"2015-ci ildən etibarən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda tətbiq olunacaq yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra ictimaiyyətə elan olunacaq: "Orta məktəblərdəTQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı 2015-ci ildən etibarən artırılacaq. Müəyyən fənlər öncədən elan ediləcək və şagirdlər onlardan 2-3-nü seçərək imtahan verəcəklər: "2015-ci ildə şagirdlər 4-5 fəndən-imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası", "Biologiya", "Kimya", "Fizika", xarici dil daxil ediləcək. Fənlərin artırılması məsələsi artıq hüquqi müstəvidə həll olunub".

Məleykə Abbaszadə gələn ildən etibarən daha bir yenilik ediləcəyi barədə məlumat verib. O bildirib ki, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə, istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar: "Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə