Gənclərlə bağlı xüsusi təhsil proqramlarının təqdimat mərasimi keçiriləcək

Gənclərlə bağlı xüsusi təhsil proqramlarının təqdimat mərasimi keçiriləcək

Sentyabrın 28-də Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD), Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və İrəli İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə Almaniyada həyata keçirilən gənclərlə bağlı xüsusi təhsil proqramlarının təqdimat mərasimi keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycan gənclərinin Almaniyada mövcud olan təhsil proqramları ilə tanış etmək və ondan faydalanmaq yolları barədə məlumat verməkdir. Tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Heidrun Tempel, gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak edəcək.

Mərasim zamanı Almaniya Akademik Mübadilə Xidmətinin, AGAT, İrəli İctimai Birliyinin, Alman Dili Tədris Mərkəzinin (SLZ) və Almaniya səfirliyinin səlahiyyətli nümayəndələri də çıxış edəcək. Tədbir Kapellhaus, Alman-Azərbaycan mədəniyyət birliyində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə