Təhsil Nazilriyi: "Rayonlara 1174 müəllim göndərilib"

Təhsil Nazilriyi: "Rayonlara 1174 müəllim göndərilib"

"Cari dərs ilində rayonlara 1174 müəllim göndərilib". Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, ölkə üzrə müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub: "Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər cəlb edilib".

Nazirlik Azərbaycanda şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası"na əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com