"Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin toplantısında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda bütün təhsil pillələrində adam başına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur: "Təhsil dünyanın hər yerində ən həssas və əhəmiyyətli sahələrdən biridir və istənilən ölkədə bu sahədə qarşıya çıxan problemlər əksər hallarda çox oxşardır. Bu isə bizə imkan verir ki, o problemləri tək qarşılamayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB