ATİAHİ Respublika Komitəsi beynəlxalq əlaqələri genişləndirir FOTO
Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Belarus Təhsil və Elm İşçiləri İttifaqı, Macarıstan Müəllimlər Birliyi, İsrail Müəllimlər Birliyi Makedonuya Elm Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Sloveniya Elm və Təhsil İşçiləriHəmkarlar İttifaqı , Bosniya və Hersoqovina İbtidai Təhsil İşçiləri Həmkatlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. SİA xəbər verir ki, imzalanma mərasimində ATİAHİ Respublika Komitəsinin sədri, milllət vəkili Səttar Mehbalıyev qonaqlara Azərbaycan həmkarlar təşkilatlarının fəaliyyəti barədə məlumat verib.
O, həmçinin Azərbaycanın uğurlu təhsil siyasətindən danışıb. Onun sözlərinə görə, ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsili, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır: "Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan dövləti tərəfindən isğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə təhsil müəsisəsi işğalçılar tərəfindən dağdılıb".
Sonra ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hühuqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində dövlət siayasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmklarlar ittifaqlarının fəaliyyət metodikasının təkminləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqeylərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil sahələrində dövlət siysətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərin birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi kimi öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB