İlk dəfə ADU-da tələbə saytı yaradıldı

İlk dəfə ADU-da tələbə saytı yaradıldı

Azərbaycan Dillər Universitetində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADU-da yaradılmış tələbə saytının təqdimat mərasimi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, www.adu.az ünvanlı tələbə saytının yaradılması təşəbbüsü Azərbaycanda ilk dəfə Dillər Universitetində həyata keçib. ADU-nun Tərcümə fakültəsinin tələbəsi Lalə Quliyevanın təşəbbüsü ilə istedadlı tələbələr tərəfindən hazırlanan sayt artıq tələbələrin istifadəsinə verilib. Tələbələrin bu saytda şəxsi hesabları var, bu hesab vasitəsilə onlar dərs cədvəllərini, qiymətlərini və s. məlumatları onlayn görürlər.

Saytın yaradıcıları bildiriblər ki, www.adu.az saytı tam mükəmməl tərtib olunmuş universitetdaxili sosial şəbəkədir. Yeni hazırlanan bu sayt universitetin tələbələri üçün xeyli faydalı və maraqlı məlumatlarla zəngindir. Saytda tələbələr universitet haqqında, fakültələr, dekanlıqlar, universitetdəki yeniliklər haqqında istənilən məlumatı asanlıqla əldə edə bilərlər. Saytda tələbələr, o cümlədən elanlar yerləşdirə və yaxud da sadəcə olaraq tələbə yoldaşları ilə ünsiyyət saxlaya bilərlər. Bununla yanaşı ADU-nun www.adu.edu.az internet saytı da yenidən işlənib və istifadəyə verilib. Fərqli dizaynda qurulan saytın dinamikliyi onun istifadəçilər tərəfindən daha asan yolla lazım olan materialları tapmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə