Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mikayıl Cabbarovun qəbulu sentyabrın 30-u, saat 11:00-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan şəxslər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB