Nazir BƏƏ və Macarıstanla ikitərəfli əlaqələri müzakirə edib

Nazir BƏƏ və Macarıstanla ikitərəfli əlaqələri müzakirə edib

Təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Salem Xalifə Əl Eqfeli və Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ilə ikitərəfli görüşlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər iki görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə