Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 25-27 sentyabrda ADU-nun koordinatorluğu ilə Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin "Tempus Azərbaycanda yazılı və şifahi tərcümə tədqiqatlarında islahatlar" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək müxtəlif Avropa universitetlərinin - İtaliya, Fransa, Böyük Britaniya, Türkiyə, Almaniya universitetlərinin nümayəndələri ilə ayrı-ayrılıqda görüş keçirib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Strasburq Universitetinin nümayəndəsi ilə görüş zamanı rektor, professor Səməd Seyidov ADU-nun artıq Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplomlarla bağlı razılaşma əldə olunduğunu və hər iki ölkənin bu diplomları tanıdığını nəzərə çatdıraraq Strasburq Universiteti ilə də bu sahədə əməkdaşlığın həyata keçiriləcəyindən danışıb.
Milan Tərcüməçilik İnstitutunun nümayəndəsi görüşdə Azərbaycanda ilk dəfə olaraq "Azərbaycanca-İtalyanca- İtalyanca Azərbaycanca" lüğətin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Rektor Səməd Seyidov tələbələrin italyan və ispan dillərinə olan marağından söz açıb. O, İtaliya universitetləri ilə ADU arasında olan qarşılıqlı münasibətlərin Azərbaycan-İtalya əlaqələrinin genişlənəcəyinə xidmət edəcəyinə əminliyini ifadə edib. Almaniyanın Leyspiq Universitetinin nümayəndəsi ilə görüş zamanı isə, ADU ilə sözügedən universitet arasında tələbə mübadiləsi haqqında müzakirələr aparılıb. Rektor ADU-nun Almaniyanın universitetləri ilə əlaqələrindən, DAAD (Alman Mübadilə Proqramı) ilə əməkdaşlıqdan danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB