3 yeni tibb kolleci yaradılıb

Azərbaycanda 3 yeni tibb kolleci yaradılıb. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, baş nazir Artur Rasizadənin sentyabrın 19-da imzaladığı qərara əsasən Cəlilabad, Quba və Saatlı Tibb kollecləri yaradılıb. Yeni tibb kolleclərinin yaradılması Səhiyyə Nazirliyinin təklifi nəzərə alınmaqla, səhiyyə sahəsində orta tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır.

Qeyd edək ki, yeni tibb kollecləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə