TQDK rezidenturanın boş qalan yerlərinə qəbul elan edib

TQDK rezidenturanın boş qalan yerlərinə qəbul elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturanın boş qalan yerlərinə qəbul elan edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur. Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər. Müsabiqənin nəticələrinə əsasən boş qalan plan yerləri aşağıdakı istiqamətlər üzrədir:

I istiqamət (Müalicə işi, pediatriya)

I. Azərbaycan Tibb Universiteti

311244 Terapiya – 1 yer

II. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313189 Psixiatriya – 1 yer
313253 Dermatovenerologiya – 1 yer

III. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

329113 Anesteziologiya-reanimatologiya – 1 yer

IV. Respublika Narkoloji Mərkəz

332118 Narkologiya – 1 yer

IV istiqamət (Tibbi-profilaktika)
I. Azərbaycan Tibb Universiteti

311455 Gigiyena – 4 yer

II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi
333122 Gigiyena – 6 yer
333139 Epidemiologiya – 4 yer

I, II və IV istiqamətlər üzrə
Naxçıvan Dövlət Universiteti

361132 Sosial gigiyena və səhiyyənin təşkili – 1 yer

I, III və IV istiqamətlər üzrə
Naxçıvan Dövlət Universiteti

361149 Mikrobiologiya – 1 yer

Qeyd edək ki, TQDK tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Bütün xəbərlər Facebook səhifəmizdə