190 saylı məktəbin idman və akt zalları əsaslı təmir olunub FOTO

190 saylı məktəbin idman və akt zalları əsaslı təmir olunub FOTO

Səbail rayonundakı 190 saylı orta məktəbin idman və akt zalları əsaslı təmir olunub. SİA-nın məlumatına görə, Dövlət Proqramına uyğun olaraq bu il yay aylarında şəhərin mərkəzindəki 1946-cı ildən fəaliyyət göstərən 190 saylı orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunub. 36 il əvvəl tikilən korpusun damı mansard şəklində qurularaq dəmir örtük vurulub, elektrik, su və kanalizasiya xətləri yenilənib, köməkçi otaqlar əsaslı təmir olunub. Zalda yeni oturacaqlar quraşdırılıb, səhnə yenilənib. İdman zalı əsaslı təmir olunaraq lazımi ləvazimatlar və idman avadanlığı ilə təchiz olunub. Binanın divarları rənglənib həyətə yeni asfalt örtüyü salınıb.

Qeyd edək ki, bu il 190 saylı məktəbi bitirən məzunlardan 52 nəfəri müxtəlif ali məktəblərə, o cümlədən 9-u xarici ölkələrin ali təhsil müəssisələrinə daxil olub. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 2 məzunu "Qızıl medal"a layiq görülüb, məktəbin müəllimi Nərgiz Məmmədova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə