VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanıb

VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanıb

"Yeni tədris ilinə 139 adda dərslik və müəllim üçün metodik vəsaitin nəşri və çapı planlaşdırılıb və bu istiqamətdə iş aparılıb". Təhsil Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, nəzərdə tutulan işlər uğurla başa çatdırılıb: "Respublikamızın məktəbləri bu dərslik və müəllim üçün metodik vəsaitlərdən istifadə edəcəklər".

Məlumata görə, VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanıb. II, IV, VIII, IX və X sinif dərslikləri isə redaktə və korrektə olunaraq yenidən nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə