Lerikdə rayon icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir olunmuş, bütün avadanlıq və ləvazimatlarla təmin edilmiş 75 uşaq yerlik Lerik şəhər uşaq bağçasının açılış mərasimi keçirilib. SİA-nın Cənub bürunun verdiyi məlumata görə, mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova açaraq icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilən şəhər uşaq bağçasında yaradılan şərait barədə məlumat verib, bağçanın müasir avadanlıq və ləvazimatlarla təmin olunduğunu bildirib. Balacaların istirahətinin təşkili məqsədi ilə quraşdırılmış atraksionların uşaqların sevincinə səbəb olduğunu qeyd edib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək son illər respublikanın hər yerində olduğu kimi rayonda da abadlıq işlərinin, xüsusi ilə uşaq müəssisələrinin tikintisinin geniş vüsət aldığını qeyd ediblər.
Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB