23-25 sentyabr tarixində Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilən III Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub.
Sərgidə TQDK da özünün çoxçeşidli nəşrlərini nümayiş etdirəcək. Sərgi zamanı nəşriyyatlara özlərinin çap məhsullarının satışını təşkil etmək imkanı da yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB