TQDK mütəxəssis qəbulu elan etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulunu elan edir. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müqaviləçi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə test tapşırıqlarını hazırlamaq, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirmək, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə etmək, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək vəzifələrindən bir və ya bir neçəsini yerinə yetirəcək.

TQDK müqaviləçi üçün magistr və ya daha yüksək elmi dərəcəyə (mütəxəssis olduğu sahə üzrə) malik olmaq, Azərbaycan və rus dillərini mükəmməl bilmək (test tərcüməçiləri üçün), Mircrosoft Office proqramlarında işləmək bacarığı, test tapşırıqlarının məxfiliyinin qorunmasına təminat vermək, komandada işləmək, tənqidi düşünmə bacarığına sahib olmaq, işə böyük həvəs göstərmək kimi tələblər irəli sürüb

Qeyd edək ki, müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunandır. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Vəzifə, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslər öz CV-lərini 2013-cü il oktyabr ayının 13-dək [email protected], cc: [email protected] elektron ünvanlarına mövzu hissəsində "Elan" qeyd edərək göndərməlidirlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə