TQDK-dan BŞTİ-nə CAVAB

"Qəbul imtahanlarının məzmunu pedaqoji ictimaiyyətin iştirakı ilə formalaşır. Bu prosesdə həm orta, həm ali məktəb müəllimləri, həm də alimlər iştirak edir. Bu nəticələri əldə etmək üçün xüsusi statistik nəticələri də biz həmin seminara təqdim edirik. Hələ ki bu il üçün statistik nəticələri seminara təqdim etməmişik deyə bu fikrə hansısa yeni bir münasibət bildirməyi özümə rəva bilmirəm". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun komissiyanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

TQDK sədri bildirib ki, sözügedən məsələ ilə bağlı cəmiyyəti heç nə çaşdırmır və hər şey aydındır: "Proqramlar yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunur. Proqramlar çap olunanda biz model testləri də təqdim edirik. Yanvardan ictimaiyyətə imkan veririk ki, təqdim olunan proqram, model testlərə öz fikirlərini bildirsinlər. Ondan sonra sınaq imtahanları keçirilir və bunların nəticələrini də aşkar səviyyədə ictimaiyyətə təqdim edirik. Builki qəbul imtahanlarında da əldə olunan nəticələr əvvəldən gözlənilən idi".

Bütün xəbərlər Facebook səhifəmizdə