Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Əsədova, təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Britaniyanın Heriot-Vatt Universitetinin Mühəndislik və Fiziki Elmlər Məktəbinin rəhbəri Stiv Makloxlin iştirak ediblər.
Tədbirdə iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ali məktəbə yeni daxil olan tələbələri təbrik edib. O bildirib ki, ARDNŞ təkcə BANM ilə əməkdaşlıq etmir, eyni zamanda ən yaxşı oxuyan tələbələri gələcəkdə ARDNŞ-da işləmək üçün hazırlayır: "Çalışırıq ki, tələbə təkcə nəzəriyyəni yox, həm də təcrübəni öyrənsin. Bu səbəbdən tələbələri maaşlı işlərə cəlb edirik. Onları ARDNŞ-ın xaricdə olan şirkətlərinə işə cəlb edirik və burada təcrübə keçməyə imkanlar yaradırıq".
ARDNŞ prezidenti həmçinin qeyd edib ki, ölkədə gənclər üçün bütün şərait yaradılıb: "Bu gün bu gənclərin taleyi öz əllərindədir. Mən inanıram ki, bu gənclər Azərbaycanın gələcəyini təmin edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB