Şirvanda "Bilik Günü" qeyd olunub

Şirvanda Bilik Günü qeyd olunub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də yeni dərs ilinin başlanılması və bilik günü münasibəti ilə tədbirlər keçirilib.

Tahir Bağırov adına olan 11 saylı orta məktəbdə keçirilən tədbirə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri qatılıblar. Bilik günü dövlət himninin səslənməsiylə başlayıb.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Kamandar Rüstəmov ötən il məktəbin məzunlarından 32 nəfərin ali məktəbə sənəd verdiyini və 26 nəfərin yüksək balla ali məktəblərə qəbul olduğunu bildirib. 11 saylı məktəbin müəllim kollektivinin, şagirdlərin əzimlə çalışdığını və nailiyyətlər əldə edildiyini vurğulayan K.Rüstəmov Şirvan şəhərinin şəhər statusu almasının 50 illik yubleyi münasibətilə kollektivin müəllimi Məlik Həziyev ölkə prezidenti İlham Əliyev sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülüb.

10-cu sinif şagirdi Quluzadə Fəridə çıxış edərək Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyi münasibəti ilə keçirilən inşa yazı müsabiqəsinin qalibi olduğunu və həmin xoş anlarını tədbir iştirakçıları ilə bölüşüb. Əməkdar Müəllim fəxri adına layiq görülən Məlik Həziyev öz növbəsində çıxış edərək ölkə prezidenti İlham Əliyevə təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə, dərin minnətdarlığını bildirib və 9 oktyabr 2013-cü il tarixdə ölkəmizdə keçiriləcək prezident seçkisində bütün Şirvan sakinlərini, təhsil işçilərini İlham Əliyevə səs verəcəyini bildirib.

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək yeni dərs ilinin başlanılması, məktəbə ilk qədəm qoyan, 1-ci sinifə bu il daxil olan uşaqları, valideyinləri, müəllimləri "Bilik Günü" münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. İcra başçısı təhsilə dövlətin xüsusi diqqətindən, son illərdə yeni məktəblərin, ali təhsil ocağlarının ən müasir səviyyədə tikilərək istifadəyə verilməsini ölkə prezidenti İlham Əliyevin gələcək nəsillərin savadlı, bilikli, intelektual səviyyəli yetişməsi üçün uğurlu siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Valideyinlər çıxış edərək tədbir iştirakçılarını təbrik edərək sevinclərinə şərik olduqları üçün minnətdarləqlarını bildiriblər. Şəhər rəhbərliyi məktəbin sinif otaqları ilə tanış olaraq şagird və müəllimlərə yeni dərs ilində uğurlar arzulayıb.

Hacıqəhrəmanlı qəsəbəsində yerləşən və yenicə əsaslı yüksək səviyyədə təmir olunan, ən müasir avadanlıqla təhciz edilən orta məktəbdə elektron lovhənin təqdimat mərasimi olub və şəhər rəhbərliyi bu məktəbə gələrək pedaqoiji kollektivlə görüşüb. Elektron lövhə Şirvan şəhərində təkcə Türk liseyində var. Orta məktəblərə ilk olaraq Hacıqəhrəmanlı məktəbi üçün alınıb. Yeni dərs ilində alınan elektron lövhədə riyaziyyat fənnində ilk dərs keçirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə