Mikayıl Cabbarov: "İstər nazir, istərsə də vətəndaş kimi fəxr edirəm"

Mikayıl Cabbarov: "İstər nazir, istərsə də vətəndaş kimi fəxr edirəm"

"Dövlət proqramı çərçivəsində 2007-2012-ci illərdə ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərilib". SİA-nın xəbərinə görə, Təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetinə müsahibəsində belə deyib. O bildirib ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbənin qayğıları, ehtiyacları nazirliyin diqqət mərkəzinizdə olacaq: "Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013/2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənəd verən namizədlərdən 315 nəfər barədə müsbət qərar qəbul olunub. Hazırda bu proses davam edir. Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə istər bir nazir kimi, istərsə də vətəndaş kimi fəxr edirəm".

Nazir onu da qeyd edib ki, ötən illərdən fərqli olaraq, dövlət proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir: "Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə