Bu il də ənənəvi olaraq Heydər Əliyev adına liseydə "Bilik günü" təntənəli şəkildə qeyd olunub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən liseyin direktoru Fikrət Xəlilov rəhbərlik etdiyi kollektivi "Bilik günü" münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Liseyin uğurları barədə məlumat verən Fikrət Xəlilov deyib ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı fəaliyyətə başladığı gündən etibarən hər bir tədris ilində savadlı şagird kollektivi ilə fərqlənib: "Dövlət başçısının sərəncamı əsasında ölkə üzrə təhsil sahəsində keçirilən müsabiqələrdə şagirdlərimiz kifayət qədər uğur qazanıblar. Ötən tədris ilində fənn olimpiadalarının Respublika turunda lisey şagirdlərindən 5 nəfəri I, III və IV yerləri tutublar. 2012/2013-cü tədris ilində məktəbi bitirən 133 məzundan 117-si yüksək balla ali məktəblərə qəbul olunublar. Həmçinin liseyimizin qızıl medalla təltif olunan 9 məzununun 6-sı qəbul imtahanlarında 650-dən çox bal toplayıb. Bundan başqa ötən tədris ilində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyilə əlaqədar liseyin pedaqoji kollektivinin bir qrupu Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı və nazirliyin "Fəxri fərmanı" ilə təltif olunublar".
Direktorun sözlərinə görə, ölkə rəhbərinin ali təhsil ocaqlarına göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə Azərbaycanın təhsil sistemində bir sıra uğurlar qazanılıb, aparılan təhsil siyasəti özünün ən yüksək zirvəsinə çatıb: "Paytaxtımızda və regionlarda yeni tədris binalarının inşası və əsaslı təmiri, təhsil ocaqlarının tələb olunan maddi texniki baza ilə təmin olunması ölkə Prezidentinin apardığı təhsil siyasətinin uğurunun, vətəndaşlara göstərdiyi diqqət və qayğının göstəricisidir. Təhsil sahəsində reallaşdırılan uğurlar və yeniliklər ölkədə savadlı kadrların formalaşmasına, təhsil sisteminin ən müasir standartlara cavab verməsinə hesablanıb".
Sonda 2013-2014-cü təhsil ilinin ilk zəngi çalınıb və şagirdlər siniflərə daxil olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB