Nazirdən məktəb direktorlarına və müəllimlərinə XƏBƏRDARLIQ

Nazirdən məktəb direktorlarına və müəllimlərinə XƏBƏRDARLIQ

"Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakı artmalıdır". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində belə deyib. O bildirib ki, Valideyn komitələri təhsil müəssisələri və valideyn arasında əsas körpüyə çevrilməlidir: "Bir neçə müstəqil Valideyn Komitəsinin fəaliyyət göstərdiyi məktəblərin direktorları ilə görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə müstəqil Valideyn komitələrinin işi daha şəffaf və səmərəli şəkildə təşkil olunub".

Mikayıl Cabbarov deyib ki, Valideyn komitələrinin gördüyü işlərin şəffaf hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə asılmalıdır: "Məktəb direktorları və müəllimlər Valideyn komitələrinin maliyyə məsələlərinə müdaxilə edə bilməzlər. Valideyn komitələrini valideynlər özləri müstəqil şəkildə idarə etməlidirlər. Valideyn komitələrinin fəaliyyətində heç bir halda sui-istifadə halları olmamalıdır".

Nazirin sözlərinə görə, valideynlər onların məktəbə könüllü yardımlarının övladı üçün daha yaxşı tədris şəraitinin yaradılmasına sərf edildiyini biləndə, o zaman məktəblə daha yaxın təmasda olmağa səy göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə