Elitar Gimnaziyada “Bilik günü” qeyd olunub

Elitar Gimnaziyada “Bilik günü” qeyd olunub

Bu gün İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 15 sentyabr "Bilik Günü" münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Himni ilə başlayıb.

Tədbirdə çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov uşaqları ilk dərs günü münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycan təhsilində intensiv inkişaf gedir: "Hər bir uşağın gələcəyi onun təhsilli olmağı ilə bağlıdır. Hər bir Azərbacan gənci biliklə silahlanmalı, dünyanın istənilən ölkəsi ilə rəqabət aparmalıdır".

Daha sonra tədbirdə əməkdar müəllim, gimnaziyanın direktoru Sevda Quliyeva çıxış edib. O bildirib ki, Azərbaycan inkişaf yolundadır və bütün sahələr ölkəmiz üçün prioritet sayılır: "Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, təhsil sahəsinə xüsusi diqqət yetirir. Ölkəmizdə elə bir kənd yoxdur ki, orada məktəb təmir olunmasın. Biz çalışmalıyıq ki, kamil balalar yetişdirək".

Çıxışı zamanı gimnaziyanın uğurlarından danışan S. Quliyeva vurğulayıb ki, ötən il məktəbin 54 məzunundan 52-si müxtəlif ali məktəblərə daxil olublar: "Biz təkcə universitetlər üçün gənc yetişdirmirik. Biz, həmçinin şəxsiyyətlər yetişdiririk".

Sonda 2013-2014-cü təhsil ilinin ilk zəngi çalınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə