Sabah 141166 şagird birinci sinifə gedəcək

Sabah 141166 şagird birinci sinifə gedəcək

2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır. SİA-nın məlumatına görə, yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub. Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək.

Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə