Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi rayonun təhsil müəssisələrinin 2012-2013-cü tədris ilində qazandığı uğurlar və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, dövlətin təhsil sisteminə göstərdiyi diqqət və qayğısı sayəsində milli təhsil sisteminin formalaşmasını təmin edən inkişaf proqramları təsdiq olunaraq reallaşmağa başlayıb, ölkə təhsilinin inkişafına yönəlmiş əsaslı tədbirlər görülüb.
Onun sözlərinə görə, sözügedən tədbirlər içərisində yeni tikilən məktəblərin istifadəyə verilməsi, yararsız vəziyyətdə olan təhsil müəssisələrinin yenidən qurulması, savadlı gənclərin dünyanın xarici ölkələrinin ali təhsil müəssisələrində təhsil almasına şərait yaradılması, tədrisdə ən müasir texnologiyaların tətbiqi, təhsil müəssisələrinin maddi-texniki baza ilə təmin olunması prioritetlər sırasındadır: "Azərbaycanda hazırda təhsilə göstərilən qayğı ən yüksək səviyyədədir. Bu gün ölkədə aparılan təhsil siyasəti gənc nəslin savadlı kadr kimi hazırlanmasına hesablanıb. Dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət bizim məsuliyyətimizi daha da artırır. Hesab edirəm ki, Nərimanov rayonunda formalaşmış sağlam mənəvi-psixoloji mühit də yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclərin sayının çoxalmasına yardım edəcək".
Daha sonra çıxış edən millət vəkili Adil Əliyev isə bildirib ki, təhsil siyasətinin inkişaf etdirilməsi, bu siyasət çərçivəsində dövlət proqramlarının təsdiq olunması və icrası gənc nəslin savadlı və intellektual səviyyəyə malik olması üçün atılan ən uğurlu addımlardandır: "Yeni məktəblərin inşası, köhnə məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının lazımi avadanlıqlarla təmin olunması ölkə rəhbərliyinin təhsilə olan diqqət və qayğısının göstəricisidir. Azərbaycanın mili təhsil quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Tədbirin davamında rayonun Respublika üzrə seçilən qabaqcıl müəllimləri və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olan tələbələri diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB