İxtisas seçimi edənlərin sayı açıqlandı

İxtisas seçimi edənlərin sayı açıqlandı

"Bu gün saat 14:30-a olan məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 5979 abituriyent ixtisa seçimi aparıb". Bu barədə SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə isə 704 abituriyent ixtisas seçimini edib: "İmtahanın nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlər müsabiqədə iştirak edə bilməzlər".

Qeyd edək ki, ixtisas seçimi sentyabrın 9-dan başlayıb və bu gün 00:00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə