Təhsil Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edib
Nazirlər Kabineti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qərara əsasən, Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evi Təhsil Nazirliyinin tabeliyinə verilib.
Ailə tipli kiçik qrup evinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB