"Bu il paytaxt məktəblərində I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna uyğun olaraq aparılıb" SİA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 nəfər şagirdin qəbul olunduğunu deyən Məhəmməd Bayramov qeyd edib ki, 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir: "Bu il I sinfə qəbul üçün bu vaxta kimi 35 min şagird sənəd verib və hazırda da proses davam edir. Yekun say isə məktəb başlayanda məlum olacaq. Şagirdlərin I sinfə qəbulu ilə bağlı bir vacib məsələni də sizin diqqətinizə çatdırmaq istərdim. İstər Nazirliyə, istərsə də BŞTİ-yə I sinfə şagird qəbulu ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblər əsas gətirilərək vətəndaşlar incidilir. Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə əsasən baxmaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB