"Orta məktəblərdə artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib". SİA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ötən dərs ilində idarənin maliyyə təsərrüfatı fəaliyyəti Hesablamalar Palatası tərəfindən audit edilib.
Məhəmməd Bayramovun sözlərinə görə, auditin nəticələri normaldır və heç bir kənarlaşma, yeyinti halları aşkar olunmayıb: "Sadəcə bəzi hallarda artıq xərcləmə, bəzi hallarda isə az xərcləmə aşkar olunub. Artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib. Şagird sayı çatmadığı halda, 19 nəfərdən ibarət olan sinfi xarici dilin tədrisində iki yerə bölməklə maliyyə israfçılığına yol veriblər. Paralel siniflərin birindən digərinə şagird keçirməklə saxta sinif açıblar. Yəni, bunların hamısı bu dərs ilinin başlanğıcından başlayaraq araşdırılacaq. Maliyyə işçilərində bir nöqsan aşkar olunmasa da, direktorların maliyyə işində müəyyən boşluğa yol verdikləri aşkar olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB