"TQDK-nın kiməsə irad tutmasının heç bir əsası yoxdur"

"TQDK-nın kiməsə irad tutmasının heç bir əsası yoxdur"

"Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur". SİA-nın xəbərinə görə, bu fikirləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, orta məktəblərdəki yekun attestasiya imtahanları Azərbaycan dili və riyaziyyat fənnindən aparılmamalıdır.

Məhəmməd Bayramovun sözlərinə görə, buraxılış imtahanlarında təbiət elmləri də əhatə olunmalıdır: "Çünki bu fənlər bütün ixtisas qruplarında imtahana düşür. O fənləri isə şagird repetitordan öyrənir, məktəbə ehtiyac qalmır. Bəs məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Təbii ki, bizim də müəyyən nöqsanlarımız var. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə