Nazir: "Tədris ilinə ən böyük töhfəni ölkə prezidenti İlham Əliyev verib"
"Təhsil Nazirliyi tərəfindən yeni dərs ilinə hazırlıq işləri aparılır". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yay ayları ərzində Bakının 164 məktəbində cari təmir işləri aparılıb: "Bu isə Bakıdakı məktəblərin 50 faizini təşkil edir. Bu tədris ilinə ən böyük töhfəni ölkə Prezidenti İlham Əliyev verib. Bununla yanaşı, təhsil işçilərinin əməkhaqları da artıb".
Təhsil naziri eyni zamanda peşə təhsilinin inkişafından da danışıb. Nazir vurğulayıb ki, bu il Təhsil Nazirliyi "Müasir Azərbaycan peşəkarı" adı altında həyata keçirilən layihə peşə təhsili məktəblərində təhsilin keyfiyyətini yaxşılaşdırılmasına xidmət edəcək: "Bu layihə orada yetişdirilən peşəkarların, sənətkarların mümkün qədər yüksək səviyyədə, dünyada ən yaxşı təcrübəyə uyğun olaraq yetişdirilməsinə xidmət edəcək. Ümid edirik ki, bu layihənin nəticələrini gələn tədris ilində görməyə nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB