Təhsil müəssisələrində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq

Təhsil müəssisələrində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq

"Sentyabrın 16-dan Azərbaycanın Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evləri, fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində kalori, vitamin, uşaq qidası və uşaqların yaşı üçün bütün xüsusiyyətlər nəzərə alınaraq tərtib olunmuş mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla da uşaq evləri və fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində qida probleminin birdəfəlik həllinə nail olunacaq.

Mikayıl Cabbarov həmçinin əlavə edib ki, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığını daha yaxşı təmin etmək üçün Nazirlər Kabineti tərəfindən şagirdlərin qidalanması ilə bağlı müvafiq qərar qəbul edilib: "Bu qərar məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyir və təhsilin infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir. Təbii ki, bu prosesdə müəyyən çətinliklər də var. Hazırda Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məsləhətləşmələr aparılır. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə